SON DƏQİQƏ
» » Bu şəhər "Azərbaycanın Stalinqradı"dır - Hacıyev

Bu şəhər "Azərbaycanın Stalinqradı"dır - Hacıyev

Tarix:

14-10-2020, 11:39

/ 3 653 dəfə oxundu.
Bu şəhər "Azərbaycanın Stalinqradı"dır - Hacıyev

Ermənistanın humanitar atəşkəsə "sadiq qalması” tam riyakarlığın təzahürüdür.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tvitter səhifəsində yazıb.

"Səhərdən Tərtər şəhəri güclü artilleriya hücumuna məruz qalır. Şəhərə və ətraf kəndlərə 100-dən çox top mərmisi atılıb, 6 dinc sakin yaralanıb. Bir mülki şəxs qətlə yetirilib. Tərtər - erməni nasizmi qarşısında "Azərbaycanın Stalinqrad”ıdır”, - o yazıb.

Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhər və ətraf kəndləri atəşə tutmaqda davam edir. Bir mülki şəxs ölüb.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ