SON DƏQİQƏ
» » Türkiyə ilə Azərbaycanı birləşdirən ortaq cəhətlər var

Türkiyə ilə Azərbaycanı birləşdirən ortaq cəhətlər var

Tarix:

2-10-2020, 13:28

/ 3 178 dəfə oxundu.
Türkiyə ilə Azərbaycanı birləşdirən ortaq cəhətlər var


Bu real faktdır ki, Ermənistanın faşist xislətli küçə "demokratı” Nikol Paşinyan bu günə kimi Azərbaycan Prezidenti İlham Əliyev cənablarının bütün beynəlxalq görüşlərdə verdiyi ibrət dərsdən bir nəticə çıxara bilməyib.

Bu günlərdə dövlət başçımızın Azərbaycan xalqına müraciətində də bir daha Ermənistanın baş nazirinin yalan və sərsəm informasiyaları haqqında bildirib ki, Ermənistanın təxribatları, eyni zamanda, Ermənistan rəhbərliyi tərəfindən verilən bəyanatlarda da öz əksini tapır: "Ermənistanın baş naziri bir il bundan əvvəl işğal edilmiş torpaqlarda - Xankəndində demişdir ki, "Qarabağ Ermənistandır və nöqtə". Birincisi bu, yalandır, Qarabağ Azərbaycandır və mən bu məsələ ilə bağlı öz fikirlərimi dəfələrlə bildirmişəm. Qarabağ Azərbaycandır və nida işarəsi".

Sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti bir daha Nikolun faşist mahiyyətini bütün dünyaya göstərdi. İşğala məruz qalan, bir milyondan artıq soydaşı qaçqın və məcburi köçkün vəziyyətində yaşayan, 20 faiz torpağı işğal altında olan Azərbaycandır. Dünya birliyinin Ermənistana "dur!” deməsinin zamanıdır. Baxmayaraq ki, münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrləri bu günə qədər öz missiyalarını regiona turist səfərlərində görürlər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətimizin başçısı İlham Əliyevlə telefon əlaqəsi yaratması, Türkiyənin hər zamankı kimi, bu günlərdə də Azərbaycanın yanında olduğunu bildirməsi, həmçinin qardaş ölkənin digər rəsmilərinin hər an Azərbaycanın haqq mübarizəsi ilə bağlı fikirlər səsləndirmələri, mətbuat səhifələrinin manşetlərində Azərbaycanın Ordusunun əks-hücum əməliyyatları nəticəsində əldə olunan uğurların çıxarılması qürur hissi keçirməyimizə əsas verir. Azərbaycanın sevincini öz sevinci, kədərini öz kədəri kimi qəbul edən qardaş ölkə Prezidentinin ən yüksək tribunalardan dünyanı ikili siyasətə son qoymağa çağırması bu birliyimizin təcəssümüdür.Tovuz döyüşləri zamanı dünyanın müxtəlif ölkələrində soydaşlarımızın Azərbaycan Ordusuna dəstək məqsədilə keçirdikləri aksiyalarda Türkiyənin diaspor təşkilatlarının fəal iştirakını da xüsusi qeyd etməliyik.

Azərbaycan Prezidenti istər xalqa müraciətində, istərsə də Təhlükəsizlik Şurasının iclasında Ermənistanın bu təxribatlarının əsl səbəblərini ictimaiyyətə açıqlamaqla yanaşı, bu əminliyi də ifadə edib ki, bizim uğurlu əks-hücum əməliyyatımız ədalətsizliyə son qoyacaqdır!

Rzayeva İntizar, Ramana bələdiyyəsinin sədri


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ