SON DƏQİQƏ

Toylara icazə verilsə... - AQTA-dan açıqlama

Tarix:

25-09-2020, 16:47

/ 4 880 dəfə oxundu.
Toylara icazə verilsə... - AQTA-dan açıqlama

Əksər şadlıq sarayının restoran kimi fəaliyyəti var. Həmin ictimai iaşə obyektləri toy mərasiminin təşkili ilə yanaşı, vətəndaşlara restoran xidməti də göstərirlər.

GunAz.az Report-a istinadla xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sədrinin müşaviri Elxan Mikayılov deyib.

Onun sözlərinə görə, Agentlik əməkdaşları pandemiya dövründə şadlıq sarayları ilə əlaqədə olub:

"Yəni restoranı, kafesi olan şadlıq sarayları nəzarət olunan məsələlərlə yaxından tanışdılar. Bu, imkan verəcək ki, toylara icazə verildiyi halda şadlıq saraylarında həmin tələblər daha rahat yerinə yetirilsin. Toylara icazə verildiyi halda bütün şadlıq sarayları ilə əvvəlcədən həmin metodiki göstəricilər və qərarlar üzrə maarifləndirmə tədbirləri həyata keçirəcəyik. Çünki toylara icazə verilsə, bu, ən yüksək yoluxma riski olan sahələrdən biri olacaq. Bu mənada bununla bağlı tənzimləyici normalar müəyyənləşdiriləcək, eyni zamanda müvafiq nəzarət tədbirləri həyata keçiriləcək”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ