SON DƏQİQƏ

Bakıda 552 küçə dezinfeksiya edildi

Tarix:

12-09-2020, 18:31

/ 4 568 dəfə oxundu.
Bakıda 552 küçə dezinfeksiya edildi

Sentyabrın 12-də Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxtdakı əsas küçə və prospektlərdə, həmçinin qəsəbələrdə kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və Daxili İşlər Nazirliyinin 20 ədəd xüsusi təyinatlı avtonəqliyyat vasitələrinin köməyi ilə artıq 12-ci dəfə dezinfeksiya işləri aparılıb.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən verilən məlumata görə, xüsusi kimyəvi maddələrin istifadə olunması ilə ümumilikdə 552 küçə dezinfeksiya edilib.

Görülən bu işlər Bakı sakinlərinin həyatının təhlükəsizliyinə yönəldilən tədbirlərin bir hissəsi olaraq mütəmadi davam etdiriləcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ