SON DƏQİQƏ
» » Ölkəmizdə koronaya yoluxanların sayı çoxalır - Son rəqəm

Ölkəmizdə koronaya yoluxanların sayı çoxalır - Son rəqəm

Tarix:

9-09-2020, 16:12

/ 4 968 dəfə oxundu.
Ölkəmizdə koronaya yoluxanların sayı çoxalır - Son rəqəm

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 175 yeni yoluxma faktı qeydə alınıb, 154 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 37 732 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 35 119 nəfər müalicə olunaraq sağalıb, 555 nəfər vəfat edib, 2 058 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 140, bu günə qədər isə ümumilikdə 980 978 test icra olunub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ