SON DƏQİQƏ
» » Başqırd aktivist ermənilərə görə aclıq elan etdi - VİDEO

Başqırd aktivist ermənilərə görə aclıq elan etdi - VİDEO

Tarix:

4-09-2020, 08:42

/ 4 271 dəfə oxundu.
Başqırd aktivist ermənilərə görə aclıq elan etdi - VİDEO

Başqırdıstanda ermənilərin hökmranlığına və özbaşınalığına qarşı çıxan ufalı ictimai fəal və bloger Ramila Saitova onun barəsində məhkəmə qərarını qərəzli sayaraq aclıq aksiyasına başlayıb.

GunAz.az xəbər verir ki, bu barədə fəalın özü həbsxanadan çəkdiyi videoda bildirib.

Qeyd edək ki, bu ilin iyul ayında Saitova öz Yutub kanalında "Başqırdıstanda bu qədər erməni hardandır?" başlığı altında bir video yayımlamışdı. Sosial şəbəkələrdə videonun yaratdığı rezonansdan sonra blogerə təhdidlər ünvanlanıb, bir müddət sonra isə rəhbər vəzifələri ermənilərə məxsus olan məhkəməyə çağrılıb.

"Məni 10 gün qanunsuz həbs ediblər. Bəlkə ikinci instansiya - Başqırdıstan Respublikasının Ali Məhkəməsi məni sərbəst buraxar. Birinci instansiya məhkəməsi verilən suala görə mənim günahkar olduğuma dair qərar alıb: "Başqırdıstanda bu qədər erməni haradandır?" Burada da ermənilər hökmranlıq edirlər və bu da onların qərarlarıdır”, - deyib Saitova.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ