SON DƏQİQƏ
» » Daha 24 nəfər Azərbaycana gətirilir - GƏMİ İLƏ

Daha 24 nəfər Azərbaycana gətirilir - GƏMİ İLƏ

Tarix:

3-09-2020, 12:43

/ 4 549 dəfə oxundu.
Daha 24 nəfər Azərbaycana gətirilir - GƏMİ İLƏ

COVID-19 pandemiyası dövründə xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəyə təxliyəsi istiqamətində tədbirlər davam etdirilir. Azərbaycan hökuməti koronavirus (COVID-19) pandemiyasının yayılma təhlükəsi səbəbindən sərhədlərin bağlanmasına görə müvəqqəti olaraq (xidməti və şəxsi səfərlər ilə əlaqədar) Qazaxıstanda qalmış daha 24 vətəndaşımız ölkəmizə təxliyə olunub.

Azərbaycanın Aktaudakı baş konsulluğundan bildirilib ki, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin "Merkuri 1” (17 nəfər) "Professor Gül” ( 6 nəfər) və "Dağıstan” (1 nəfər) gəmi-bərələri ilə yola salınan vətəndaşların hamısı COVID-19 testindən keçiblər.

Qeyd edək ki, bu günədək baş konsulluq vasitəsilə ümumilikdə 523 vətəndaşımız gəmi ilə ölkəmizə təxliyə olunub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ