SON DƏQİQƏ
» » Davamlı açıq qalan “bluetooth”un təhlükələri açıqlanıb

Davamlı açıq qalan “bluetooth”un təhlükələri açıqlanıb

Tarix:

3-09-2020, 08:28

/ 2 791 dəfə oxundu.
Davamlı açıq qalan “bluetooth”un təhlükələri açıqlanıb

Davamlı olaraq açıq olan "bluetooth” smartfonun batareyasını daha sürətlə tükətməkdən əlavə, qadjetin yaddaşında saxlanılan şəxsi məlumatların hakerlərin əlinə keçməsinə şərait yaradır.

"Praym”ın məlumatına görə, Plexanov adına Rusiya İqtisad Universitetinin İnformatika kafedrasının dosenti Aleksandr Timofeyev bu barədə xəbərdarlıq edib.

Onun sözlərinə görə, "bluetooth”u sındırmaqla cihazda saxlanılan hər hansı bir məlumatı (şəkillər, e-poçtlar, mətnlər) əldə etmək olar. Bundan əlavə, dələduzlar onun vasitəsilə telefona istənməyən məlumatları göndərə bilər.

 

"Hollandiyada keçirilən "What The Hack” haker festivalında "Trifinite” qrupunun mütəxəssisləri "Linux” notbukundan, xüsusi proqram və yönləndirilmiş antendən istifadə edərək yoldan keçən avtomobilin sürücüsünün "bluetooth” qulaqlıqdan danışdıqlarını necə dinləndiyini nümayiş etdirdilər”, - deyə Timofeyev xatırladıb.

O, bildirib ki, "bluetooth” istifadə edərək cihaza qoşulmuş kompüter siçanı hakerlərin telefonunu idarə edə biləcəyinə və yaddaş kartına giriş əldə edə biləcəyinə əyani şəkildə əmin olmaq üçün ən yaxşı nümunədir.

Mütəxəssis bu cür təhlükələrdən qorunmaq üçün "bluetooth”u təyinatı üzrə istifadə etdikdən dərhal sonra söndürməyi tövsiyə edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ