SON DƏQİQƏ
» » "Bakı kart"ın balansını nə vaxt online artırmaq olacaq?

"Bakı kart"ın balansını nə vaxt online artırmaq olacaq?

Tarix:

1-09-2020, 17:31

/ 3 009 dəfə oxundu.
"Bakı kart"ın balansını nə vaxt online artırmaq olacaq?

Bakıda şəhərdaxili marşrut avtobuslarında və metroda gediş haqqının ödənilməsi üçün istifadə edilən "BakıKart”ın balansını onlayn qaydada artırmaq paytaxt sakinlərinin arzusuna çevrilib.

Bununla bağlı rəsmi qurumlar kartlara onlayn ödənişin yaxın vaxtlarda olacağını bildirsə də, bu sahədə irliləyiş yoxdur.

Mövcud durumla bağlı Bakı Nəqliyyat Agentliyinə (BNA) müraciət etdik və rəsmi cavab almağa çalışdıq. Qurumdan bildirildi ki, bu sahədə mühüm işlər görülür, lakin pandemiyanın yaratdığı çətinliklər işləri müəyyən qədər ləngidir: "Bu istiqamətdə işlər mərhələli şəkildə həyata keçirilir. Əsas məsələlərdən biri "BakıKart”ın inteqrasiyasını artırmaqdır. Daha çox marşrut xətlərinin bu kartlara inteqrasiyasını təmin etməkdir.

Növbəti mərhələdə isə "BakıKart”ın balansının onlayn qaydada artırılmasıdır. Bu sahədə bizim tərəfdaş olduğumuz şirkətlər var ki, onların bir çoxunun əməkdaşı xarici ölkə vətəndaşlarıdır. Karantin səbəbindən onlar Bakı şəhərində deyillər. Lakin onlarla onlayn formada görüşlər keçirilir"

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ