SON DƏQİQƏ
» » Sentyabrdan rayonlara gediş-gəlişə icazə verilməlidir

Sentyabrdan rayonlara gediş-gəlişə icazə verilməlidir

Tarix:

31-08-2020, 16:04

/ 4 430 dəfə oxundu.
Sentyabrdan rayonlara gediş-gəlişə icazə verilməlidir

"Bizim binada yaşayan paytaxt sakinlərindən biri, demək olar ki, hər gün məndən rayonlara gediş-gəlişə nə zaman icazə veriləcəyini soruşur. Aylardır ki, o nəvəsini görmək istəyir, amma karantin səbəbindən paytaxtı tərk edə bilmir. Əslində, yoluxma sayı ilə bağlı son həftələrin pozitiv dinamikası rayonlara gediş-gəlişə icaizə verilməsinə zəmin yaradır. Artıq rayonlar qırmızı zonada deyil, paytaxtda da yoluxma sayı optimallaşır. Əlbəttə, bu da heç bir halda bizdə arxayınçılıq yaratmamalıdır və vaksin tapılana və pandemiya lokallaşanadək qaydalara ciddi əməl edilməsinə ehtiyac var".

Bunu millət vəkili Vüqar Bayramov deyib.

V.Bayramov bildirib ki, paytaxtdan rayonlara səfərlər, həmçinin bölgələrin sosial-iqtisadi inkişafı baxımdan da vacibdir:

"Çünki son illər bölgələrin real gəlirlərində turizm gəlirlərinin payı artmaqdadır və daxili turizmin inkişafı üçün də səfər məhdudiyyətinin aradan qaldırılmasına ehiyac var. Bu baxımdan, sentyabrda rayonlara gediş-gəliş ilə bağlı icaizənin aradan qaldırılması məqsədəuyğundur. Oktyabrdan ali məktəblərdə təhsilin də mərhələli şəkildə başlanacağını nəzərə alsaq icazənin götürülməsi daha da aktuallaşıb".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ