SON DƏQİQƏ
» » Bu xəstəxanalar əvvəlki vəziyyətinə qaytarılır

Bu xəstəxanalar əvvəlki vəziyyətinə qaytarılır

Tarix:

31-08-2020, 12:27

/ 4 904 dəfə oxundu.
Bu xəstəxanalar əvvəlki vəziyyətinə qaytarılır

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) bəzi pandemiya xəstəxanalarının yenidən əvvəlki qaydada fəaliyyət göstərməsi ilə bağlı qərar verib.

TƏBİB-dən bildirilib ki, buna səbəb pandemiya xəstəxanalarında olan xəstələrin sayının kifayət qədər azalmasıdır.

Qərara əsasən, xüsusi rejimli xəstəxanalara ehtiyat kimi ayrılan Saatlı, Salyan, Neftçala, Qusar və Xızı Rayon Mərkəzi Xəstəxanaları, eləcə də xüsusi rejimli xəstəxanalar kimi fəaliyyət göstərən 17 saylı Birləşmiş Şəhər Xəstəxanası və Sumqayıt şəhər Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası yenidən qeyri-COVID xəstəxanalar kimi xidmət göstərəcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ