SON DƏQİQƏ
» » AZAL Naxçıvana aviabiletlərin satışında dəyişiklik etdi

AZAL Naxçıvana aviabiletlərin satışında dəyişiklik etdi

Tarix:

29-08-2020, 15:09

/ 4 930 dəfə oxundu.
AZAL Naxçıvana aviabiletlərin satışında dəyişiklik etdi

Azərbaycan Hava Yolları QSC (AZAL) Bakı-Naxçıvan, Naxçıvan-Bakı aviaresylərinə bilet satışı prosesini asanlaşdırdı.

Bu barədə AZAL-dan məlumat verilib.

"Tələbatın çox olması səbəbindən aviaşirkətin bu istiqamət üzrə uçuşlarına aviabilet satışı növbə əsasında həyata keçirilir. Növbəyə yazılmaq üçün çağrı mərkəzimizlə əlaqə saxlamaq və sərnişinlərin sənədlərini saytımızdakı əks əlaqə forması və yaxud aşağıda qeyd olunan Whatsapp nömrələri vasitəsilə yazılı şəkildə göndərmək lazımdır”, - məlumatda deyilir.⠀

Bakı-Naxçıvan uçuşları üçün: +994 55 204 65 54(onlayn forma)
Naxçıvan-Bakı reysləri üçün: +994 60 487 30 11(onlayn forma)
"Azərbaycan Hava Yolları" bir daha nəzərə çatdırır ki, sözügedən uçuşlarla bağlı çağrı mərkəzlərinə telefonla müraciət etmək üçün ehtiyac yoxdur.
Daha ətraflı məlumatı video təlimatdan əldə etmək olar.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ