SON DƏQİQƏ
» » Diqqət- Biletləri dəyişdirmək istəyənlər mütləq oxuyun

Diqqət- Biletləri dəyişdirmək istəyənlər mütləq oxuyun

Tarix:

14-03-2020, 15:33

/ 2 095 dəfə oxundu.
Diqqət- Biletləri dəyişdirmək istəyənlər mütləq oxuyun

Əvvəl də bildirildiyi kimi, müxtəlif ölkələrdə epidemioloji vəziyyət ilə əlaqədar Azərbaycanın Milli aviadaşıyıcısının rəhbərliyi sərnişinlər istədikdə AZAL və "Buta Airways” aviaşirkətlərinin bütün ləğv edilmiş istiqamətləri üzrə biletlərin qaytarılması və dəyişdirilməsi, həmçinin fəaliyyətdə olan istiqamətləri üzrə biletlərin dəyişdirilməsi barədə qərar qəbul edib.
"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən bildirilib ki, sərnişinlərin çoxsaylı müraciətlərini nəzərə alaraq, qərara növbəti əlavələr də daxil edilir:
- Ukraynanın hava sərhədlərinin bağlanması ilə əlaqədar "Buta Airways” aviaşirkətinin Kiyev, Lvov, Xarkov və Odessa istiqamətləri üzrə reyslərinə bilet almış sərnişinlər tarifdən asılı olmayaraq aviabiletləri cəriməsiz geri qaytara və yaxud dəyişdirə biləcəklər;
- Dövlət qulluqçuları, tibb işçiləri və tələbələr bu statusu təsdiq edən sənəd təqdim edərək AZAL və "Buta Airways” aviaşirkətlərinin bütün istiqamətləri üzrə aviabiletləri cəriməsiz qaytara və yaxud dəyişdirə bilərlər;
- AZAL və "Buta Airways” aviaşirkətlərinin fəaliyyətdə olan reyslərinə bilet əldə etmiş bütün sərnişinlər müraciət tarixindən asılı olmayaraq gediş və gəliş tarixlərini tariflər arasındakı fərqi ödəmədən və cəriməsiz dəyişdirə bilərlər. Bunun üçün bileti təqdim etmək lazımdır (çap və yaxud skan versiyada);
- Hər bir bilet yalnız bir dəfə cəriməsiz dəyişdirilə bilər.
Hazırda AZAL QSC-nin bütün xidmətləri gücləndirilmiş rejimdə işləyir. Sərnişinlərdən çağrı mərkəzi və aviaşirkətin dəstək xidmətinə müraciət etdikdə anlayışlı və səbirli olmalarını xahiş edirik. Bütün sərnişinlərə cavab veriləcək, biletlərin geri qaytarılması və dəyişdirilməsi ilə bağlı bütün müraciətlərə növbə ilə baxılacaq.
Aviaşirkətin rəsmi saytında onlayn rejimdə alınan aviabiletin geri qaytarılması üçün [email protected] elektron poçt ünvanı vasitəsilə çağrı mərkəzi və yaxud saytımızdakı əks əlaqə forması : https://help.azal.az/hc/az/requests/new (https://help.azal.az/hc/az/requests/new) vasitəsilə əlaqə saxlaya bilərsiniz.
Aviabilet turizm şirkətindən və ya agentlikdən əldə olunduğu təqdirdə müvafiq turizm agentliyinin satış kassalarına müraciət etməyiniz xahiş olunur. Təxsisetmə kredit və ya debet kartı vasitəsilə ödənildiyi halda vəsait karta qaytarı
lacaq.

скачать dle 12.1

Şərhlər