
Ədliyyə naziri Fikrət Məmmədov millət vəkili Bəxtiyar Əliyevin qardaşını yüksək vəzifəyə təyin edib.
GunAz.az "Unikal.org"-a istinadən xəbər verir ki, F. Məmmədovun əmri ilə Əliyev Qabil Həmzə oğlu Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub.
O, həmçinin, həmin idarənin rəisi vəzifəsini müvəqqəti icra edəcək.
Qeyd edək ki, Qabil Əliyev bu təyinata qədər Prezident Administrasiyasında çalışıb.