SON DƏQİQƏ
» » Ötən gün keçirilən imtahanların nəticəsi açıqlandı

Ötən gün keçirilən imtahanların nəticəsi açıqlandı

Tarix:

22-08-2020, 22:40

/ 1 354 dəfə oxundu.
Ötən gün keçirilən imtahanların nəticəsi açıqlandı

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 21-də keçirilən 9 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı və qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahanın (Azərbaycan və ya rus dili) nəticələri elan olunub.

DİM-dən GunAz.az-a bildirilib ki, imtahanda iştirak edən abituriyentlər bu linkə daxil olaraq "Şəxsi kabinet” in istifadəçi adı və parolundan istifadə etməklə öz imtahan nəticələri, cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər.

Abituriyentlər imtahan nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə "iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ