SON DƏQİQƏ

Lotu Qulinin dəfn olunacağı açıqlandı - Video

Tarix:

21-08-2020, 00:05

/ 4 701 dəfə oxundu.
Lotu Qulinin dəfn olunacağı açıqlandı - Video

Türkiyənin Antalya şəhərində qətlə yetirilən azərbaycanlı qanuni oğru Nadir Səlifovun cənazəsi ailəsinə təhvil verilib.

GunAz.az xəbər verir ki, Lotu Qulinin tanışları morqun önünə toplanıb.

Türkiyə mətbuatı cənazənin İstanbula aparılıb orada dəfn ediləcəyini yazıb. Lakin qanuni oğrunun Bakıda, Bakıxanov qəbiristanlığında dəfn ediləcəyinə dair məlumatlar var.

Nadir Səlifovun yaxını Bəxtiyar Muradov jurnalistlərə, "Türk dövləti günahkarlarını mütləq tapacaq. Vuran da nəzarətdədir, sürücü də nəzarətdədir. Başqa bir şey haqqında danışmaq istəmirik", - deyə bildirib.

***

Antaliyada faciəvi şəkildə öz yaxın dostu tərəfindən qətlə yetirilmiş azərbaycanlı kriminal avtoritet Nadir Səlifov (Lotu Quli) İstanbulda dəfn olunacaq.

Bu barədə Musavat.com məlumat yayıb.

Bildirilib ki, hal-hazırda mərhumun cənazəsi yaxınlarına təhvil verilib və İstanbula gətirilir. Sabah (avqustun 21-də) günorta namazı ərəfəsində mərhum İstanbulda Böyükçəkməcə qəbiristanlığında torpağa tapşırılacaq.

Xatırladaq ki, N.Səlifov İstanbula köçəndən sonra Böyükçəkməcə ərazisində ev almışdı və orda yaşayırdı.




скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ