SON DƏQİQƏ
» » İcra hakimiyyətində əməliyyat keçirilir: saxlanılanlar var

İcra hakimiyyətində əməliyyat keçirilir: saxlanılanlar var

Tarix:

19-08-2020, 13:31

/ 4 520 dəfə oxundu.
İcra hakimiyyətində əməliyyat keçirilir: saxlanılanlar var

Hüquq-mühafizə orqanlarının əməkdaşları Kürdəmir Rayon İcra Hakimiyyətində (RİH) əməliyyat keçirir.

GunAz.az Report-a istinadən xəbər verir ki, hazırda əməliyyat davam edir.

RİH-in azı 5 vəzifəli əməkdaşı saxlanılıb.

Qeyd edək ki, Kürdəmir RİH-nin başçısı Ceyhun Fərrux oğlu Cəfərovdur. O, 2014-cü ildən bu vəzifədə çalışır.

Baş Prokurorluq Kürdəmir rayon İcra Hakimiyyətində əməliyyat keçirilməsi faktını təsdiqləyib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata gõrə, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir rayon İcra Hakimiyyətində əməliyyat keçirilməsi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

скачать dle 12.1

Şərhlər