SON DƏQİQƏ

Sabah hava necə olacaq? - PROQNOZ

Tarix:

18-08-2020, 15:51

/ 4 906 dəfə oxundu.
Sabah hava necə olacaq? - PROQNOZ

Avqustun 19-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, səhər saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir.

Şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 21-23, gündüz 28-31, Bakıda gecə 19-21, gündüz 28-30 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-75, gündüz 35-40 faiz təşkil edəcək.

Abşeron çimərliklərində şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti təşkil edəcək.

Avqustun 19-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-22, gündüz 28-33, dağlarda gecə 7-12, gündüz 14-17 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza görə, avqustun 19-da Abşeron yarımadasında komfort temperatur şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ