SON DƏQİQƏ

Kamil Nəzərov möcüzəsi ilə Krıma səs saldı

Tarix:

13-08-2020, 08:00

/ 2 896 dəfə oxundu.
Kamil Nəzərov möcüzəsi ilə Krıma səs saldı

Nefteyuqansk şəhər xəstəxanasında uzun illərdir çalışan azərbaycanlı həkim Kamil Nəzərov haqda hazırda bütün Krım danışır.
GunAz.az Axar.az-a istinadla xəbər verir ki, onun bir qızı ölümün pəncəsindən xilas etməsi möcüzə kimi qiymətləndirilir.
Hadisə avqustun 6-da baş verib. Krımda çimərliklərin birində dənizdə boğulan gənc qız son anda xilas edilib, sahilə çıxarılıb. Lakin 3 dəqiqə qaldığından sahilə çıxarılarkən qızın nəfəsi olmayıb, həmçinin nəbzi də vurmayıb.
Bu zaman həmin çimərlikdə ailəsi ilə istirahət edən Kamil Nəzərov hay-küyə olay yerinə gəlib. Nəfəsi kəsilmiş qıza dərhal tibbi-reanimasion yardım göstərməyə başlayıb.
"Mən ona yaxınlaşıb baxanda tənəffüs və nəbzi yox idi. Təcili yardım gələnə kimi o, artıq öləcəkdi. İnsanlar artıq gec olduğunu deyirdilər. Amma mən 15 dəqiqə ağciyər-ürək reanimasion yardımı göstərdim.
15 dəqiqədən sonra ilk tənəffüs baş verdi. Bu möcüzə idi.
O vaxta kimi təcili yardım gəldi və mən xəstəni onlara təhvil verdim”, - K.Nəzərov qeyd edib.
Kamil Nəzərovun yüksək peşəkarlığı və humanistliyi yerli mətbuat və sosial şəbəkələrin mövzusuna çevrilib və hamı ona təşəkkürünü bildirib.
Qeyd edək ki, Kamil Nəzərov 1998-ci ildən Rusiya Federasiyasının Tümen vilayətinin Neftyuqansk şəhərindəki V.İ.Yaçkiv adına Vilayət Klinik xəstəxanasının anesteziologiya və reanimasiya şöbəsində həkim-anestezialoq, reanimatoloq işləyir.
скачать dle 12.1

Şərhlər