SON DƏQİQƏ

“WhatsApp”da daha bir YENİLİK

Tarix:

4-08-2020, 21:08

/ 2 686 dəfə oxundu.
“WhatsApp”da daha bir YENİLİK

"WhatsApp”a göndərilmiş mesajların həqiqiliyini yoxlamaq üçün funksiya əlavə edilib.

GunAz.az xəbər verir ki, bu yenilik qrup çatları və dəfələrlə ünvanlanmış mesajlara aid ediləcək.

Məlumata görə, həmin mesajların yanında lupa işarəsi olacaq. Həmin düymə vasitəsilə proqram "Google”da həmin mesajı axtarışa verəcək.

Beləliklə, istifadəçi həmin mövzu ilə əlaqədar xəbər və məlumatlar əldə edə biləcək.

"Fact cheking” adlanan funksiya artıq ABŞ, Böyük Britaniya, İspaniya, Braziliya, Meksika, İtaliya və İrlandiyada işə salınıb.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ