SON DƏQİQƏ
» » Sosial şəbəkə paylaşıma görə 5 qadın həbs edildi

Sosial şəbəkə paylaşıma görə 5 qadın həbs edildi

Tarix:

29-07-2020, 08:58

/ 3 591 dəfə oxundu.
Sosial şəbəkə paylaşıma görə 5 qadın həbs edildi

Misirdə sosial şəbəkə fenomeni olan 5 qadın 2 il müddətinə azadlıqdan məhrum ediliblər.
GunAz.az xəbər verir ki, onlar "ictimai əxlaqı pozmaq"da günahlandırılırlar. TikTok və instaqramda paylaşımlar edən qadınların milyonlarla izləyicisi var. Onlar 2 illik həbs cəzasından əlavə adambaşına 300 min Misir funtu (18 750 ABŞ dolları) cərimə ödəyəcəklər.
Vəkillərinin fikrincə, qadınlara qarşı bu münasibət onların "aşağı təbəqəyə mənsub olmalarına görədir".
Qeyd edək ki, apreldə həbs edilən blogerlərdən biri sonuncu paylaşımında izləyicilərin onunla birlikdə işləyərək pul qazana biləcəkləri barədə elan vermişdi. Məhkum olunanlardan digəri isə satirik videosuna görə mayda saxlanılıb.qafqazinfo
скачать dle 12.1

Şərhlər