SON DƏQİQƏ
» » Prezidentin aylıq təqaüdünü alanların sayı AÇIQLANDI

Prezidentin aylıq təqaüdünü alanların sayı AÇIQLANDI

Tarix:

28-07-2020, 14:12

/ 4 834 dəfə oxundu.
Prezidentin aylıq təqaüdünü alanların sayı AÇIQLANDI

Bu ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən 455,4 min nəfərə və ya əhalinin 4,7%-nə sosial müavinət ödənilib. 

Nazirlikdən verilən məlumata görə, onlardan 412,1 min nəfəri aylıq, qalanları birdəfəlik müavinət alanlar olub.

 

 

Hesabat dövründə Fond 287,5 min nəfəri (əhalinin 3%-ni) isə Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ilə təmin edib. 

Ümumilikdə birinci yarımildə 743 min nəfərə sosial müavinət və təqaüd ödənilib. Bu istiqamət üzrə 2019-cu ilin müvafiq dövrünə nisbətən 151 mln. manat (46,6 faiz) çox olmaqla  475 mln. manat vəsait ödənilib.

скачать dle 12.1

Şərhlər