SON DƏQİQƏ
» » Ağrı dağının zirvəsində “Qarabağ Azərbaycandır!” şüarı qaldırıdı

Ağrı dağının zirvəsində “Qarabağ Azərbaycandır!” şüarı qaldırıdı

Tarix:

23-07-2020, 08:07

/ 2 810 dəfə oxundu.
Ağrı dağının zirvəsində “Qarabağ Azərbaycandır!” şüarı qaldırıdı

Türkiyəli beş alpinist Ağrı dağının zirvəsində ingilis dilində "Qarabağ Azərbaycandır!”, "Ermənistanın işğalına son!” şüarlarını dalğalandırıblar. Aksiya Türkiyə Azərbaycan Dərnəyi (TÜRKAZDER) İğdır şöbəsinin dəstəyi ilə təşkil olunub.

TÜRKAZDER-in İğdır şöbəsinin rəhbəri İlteriş Kağan Taşkınsu bildirib ki, alpinistlər üç gün yol qət edərək 5137 metr yüksəkliyə qalxıblar. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə etiraz və Azərbaycana dəstək məqsədilə keçirilən aksiya alpinistlərin problemsiz geri qayıtması ilə başa çatıb.(AzərTAc)


скачать dle 12.1

Şərhlər