SON DƏQİQƏ
» » Daha 175 azərbaycanlı Gürcüstandan təxliyə olunur

Daha 175 azərbaycanlı Gürcüstandan təxliyə olunur

Tarix:

22-07-2020, 10:31

/ 3 081 dəfə oxundu.
Daha 175 azərbaycanlı Gürcüstandan təxliyə olunur

Gürcüstandan daha 175 Azərbaycan vətəndaşının təxliyəsi prosesinə başlanılıb.

GunAz.az Report-a istinadla xəbər verir ki, vətəndaşların Tiflisdə koronavirusla bağlı verdikləri testlərin nəticəsi neqativ olub.

Təxliyə olunan şəxslərə onlarda COVID-19-un aşkarlanmadığını sübut edən xüsusi arayış təqdim edilib.

Hazırda vətəndaşlar Azərbaycanın Gürcüstan səfirliyinin binası önünə toplaşır. Onlar saat 10:00-da 4 avtobusla Azərbaycanla sərhəddəki "Qırmızı körpü" sərhəd-keçid məntəqəsinə yola salınacaq.

Ölkə ərazisinə daxil olandan sonra həmin şəxslərə yaşadıqları yerə çatmaq üçün birgünlük icazə veriləcək.

Qeyd edək ki, bundan öncə Azərbaycan 300-dən çox vətəndaşının Gürcüstandan Vətənə çatdırılmasını təmin edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ