SON DƏQİQƏ
» » Alim peyvənd vurdurmaq üçün ən yaxşı vaxtı AÇIQLADI

Alim peyvənd vurdurmaq üçün ən yaxşı vaxtı AÇIQLADI

Tarix:

21-07-2020, 17:51

/ 4 661 dəfə oxundu.
Alim peyvənd vurdurmaq üçün ən yaxşı vaxtı AÇIQLADI

Tibb elmləri namizədi Vladimir Beketov bədəni koronavirus infeksiyasının ikinci dalğasına hazırlamağın lazım olduğunu söyləyib.

GunAz.az xəbər verir ki, alim "Komsomolskaya Pravda” ya verdiyi müsahibədə bildirib ki, insan immuniteti bütün fəsillərdə eyni olur.

Mütəxəssis yay istiliyinin və rütubətin azalmasının COVİD-19-un zəifləməsinə təsir göstərmədiyini deyib. O, qripə qarşı peyvənd vurmağı tövsiyə edib. Beketovun sözlərinə görə, peyvənd vurdurmaq üçün ən yaxşı vaxt avqustun sonundan oktyabr ayınadəkdir.

"Əgər insan xroniki ağciyər xəstəliklərindən, ürək xəstəliyindən və ya diabetdən əziyyət çəkirsə, qripə qarşı peyvənd nəinki zərərli deyil, əksinə, güclü tövsiyə olunur” , - həkim açıqlamasında bildirib.

Beketov bitki cövhərləri və homeopatiyanın köməyi ilə immun sistemini gücləndirməyin mümkün olmadığını vurğulayıb. Əlavə edib ki, yuxu sağlamlığa müsbət təsir göstərir. Səkkiz və ya doqquz saat yata bilsəniz, yaxşı olar. Gecələr yuxuya gedə bilmirsinizsə, yuxusuzluğu qısa gündüz yuxu ilə kompensasiya edə bilərsiniz.

Qidalanma haqqında danışan Beketov daha çox protein, çox miqdarda lif qəbul etməyi və daha az yağlı və qızardılmış yeməkləri tövsiyə edib. Balıq, toyuq və hinduşkaya üstünlük verərək ət istifadəsini azaldın. Sağlam insan gündə hər 1 kiloqrama görə 30 mililitr su içməlidir. Gecə su içməmək daha yaxşıdır.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ