SON DƏQİQƏ
» » Azərbaycan ordusu 24 saata İrəvanı alar - Dündar

Azərbaycan ordusu 24 saata İrəvanı alar - Dündar

Tarix:

18-07-2020, 19:53

/ 5 009 dəfə oxundu.
Azərbaycan ordusu 24 saata İrəvanı alar - Dündar

Azərbaycan ordusu 24 saat ərzində İrəvanı alacaq gücə qadirdir.

GunAz.az xəbər verir ki, bunu Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar "Anadolu” agnetliyinə deyib.

"Azərbaycanın güclü və müasir tələblərə cavab verən ordusu var. Bir il ərzində Azərbaycan ordusuna xərclənən maliyyə Ermənistanın bütün illik büdcəsinə bərabərdir. Azərbaycan ordusu Rusiya və digər dövlətlərin Ermənistana dəstək vermədiyi təqdirdə, 24 saat ərzində İrəvanı alacaq gücə qadirdir”, - sədr qeyd edib.

B.Dündar Ermənistan ordusunun Tovuz istiqamətində təxribat xarakterli hücumlarına da münasibət bildirib:

"Bakı-Tbilisi-Qars dəmir yolu və boru xətləri bu rayondan keçir. Buranı ələ keçirmək Azərbaycanın Türkiyə ilə milyard dollarlıq investisiyalarının Ermənistan hakimiyyətinə keçməsi deməkdir. Ermənistan durduq yerə niyə bu tarixi seçdi? Bunun üçün beynəlxalq siyasəti incələməliyik.

Türkiyə Liviyada biriləri ilə qarşı-qarşıyadır. İraqda da həmçinin. Suriyada gücünü sübut edən bir mövqedədir. Tovuz hadisələri ilə adıçəkilən bölgədə Türkiyənin qarşısının kəsilməsi məsələsi var. Bu səbəblə Tovuzdakı bu döyüş çox vacibdir”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ