SON DƏQİQƏ
» » Ordumuzun erməni kəndlərini toplardan atəşə tutması yalandır

Ordumuzun erməni kəndlərini toplardan atəşə tutması yalandır

Tarix:

16-07-2020, 14:16

/ 4 057 dəfə oxundu.
Ordumuzun erməni kəndlərini toplardan atəşə tutması yalandır

Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bölmələrimizin təxribat törətmək cəhdi və Ermənistanın Aygepar və Movses kəndlərinin guya bölmələrimiz tərəfindən D-30 toplarından atəşə tutulması barədə erməni tərəfinin yaydığı məlumatları təkzib edib.

V.Dərgahlı GunAz.az-a deyib ki, bu cür məlumatlar erməni tərəfinin uydurması və dezinformasiyadır.

"Bölmələrimiz heç vaxt yaşayış məntəqələrini atəşə tutmur. Əksinə, bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam, Dondur Quşçu və Vahidli kəndlərini atəşə tutublar, mərmilər yaşayış binalarına düşüb", - nazirlik rəsmisi vurğulayıb.


скачать dle 12.1

Şərhlər