
"Xalq qəzeti”nin əməkdaşı İlham Abbasov koronavirusa yoluxub.
GunAz.az xəbər verir ki, bunu Axar.az-a açıqlamasında qəzetin əməkdaşı, tanınmış jurnalist Zərifə Bəşirqızı deyib. O bildirib ki, İ.Abbasovun hazırda vəziyyəti yaxşıdır və evdə müalicə alır.
Z.Bəşirqızı yoluxma faktına görə qəzetdə işin dayandırılması barədə yayılan məlumatların əsassız olduğunu bildirib.