SON DƏQİQƏ
» » Daha 513 nəfər koronavirusa yoluxdu, 8 nəfər öldü

Daha 513 nəfər koronavirusa yoluxdu, 8 nəfər öldü

Tarix:

6-07-2020, 17:54

/ 5 027 dəfə oxundu.
Daha 513 nəfər koronavirusa yoluxdu, 8 nəfər öldü

Azərbaycanda 513 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 440 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə GunAz.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər isə vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 20 837 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 12 182 nəfər müalicə olunaraq sağalıb, 258 nəfər vəfat edib, 8 397 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 240, ötən müddət ərzində isə ümumilikdə 522 773 test aparılıb.


скачать dle 12.1

Şərhlər