SON DƏQİQƏ
» » Hoteldə karantini pozan və jurnalistləri təhqir edən şəxs TUTULDU – FOTO

Hoteldə karantini pozan və jurnalistləri təhqir edən şəxs TUTULDU – FOTO

Tarix:

6-07-2020, 08:25

/ 2 992 dəfə oxundu.
Hoteldə karantini pozan və jurnalistləri təhqir edən şəxs TUTULDU – FOTO

Xüsusi karantin rejimini pozaraq "Fairmont Baku” hotelində istirahət edən, görüntülər yayıldıqdan sonra isə jurnalistləri təhqir edən şəxsin kimliyi müəyyənləşib.

GunAz.az-ın əldə etdiyi məlumata görə, jurnalistləri təhqir edən şəxs İsmayıl Babayevdir.

Artıq Cəlilabad rayon sakini 1992-ci il təvəllüdlü İsmayıl Babayev polis əməkdaşları tərəfindən saxlanılıb.

O, İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyətə cəlb edilib.

İ.Babayev iş adamı Fətulla Babayevin oğludur.

Əlavə olaraq bildirək ki, İsmayıl Babayev ötən il idarə etdiyi "Mercedes Gelandewagen” markalı avtomobili ilə Nərimanov rayonu ərazisində qəza törətmiş, üç avtomobili yararsız hala salmışdı.Unikal.org

 

 



скачать dle 12.1

Şərhlər