SON DƏQİQƏ

Azərbaycanda koronaya qalib gələn həkim öldü

Tarix:

4-07-2020, 16:34

/ 5 389 dəfə oxundu.
Azərbaycanda koronaya qalib gələn həkim öldü

Mingəçevirdə koronavirusa yoluxan həkim vəfat edib.

GunAz.az Publika.az-a istinadla xəbər verir ki, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının həkimlərindən olan travmatoloq-ortoped Əlipənah Hüseyn oğlu Qarayev 3 iyul tarixində axşam saatlarında yaşadığı evdə dünyasını dəyişib.

Məlumata görə, o, bir müddət öncə COVİD-19 virusuna yoluxaraq xüsusi karantin xəstəxanalarının birində müalicə alıb. Son yoxlanışdan sonra koronavirus testi neqativ çıxdığı üçün nəzarət altında evdə qalıb.

Bir neçə il əvvəl kəskin ürək infarktı olmuş və açıq ürək əməliyyatı keçirmiş Əlipənah həkimin koronavirusa qalib gəlməsinə baxmayaraq, dünən qəfil ürək tutmasından öldüyü bildirilir.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ