SON DƏQİQƏ

Bu şəhərimizdə korona yoxdur – Direktor

Tarix:

4-07-2020, 12:51

/ 5 046 dəfə oxundu.
Bu şəhərimizdə korona yoxdur – Direktor

Göyçay şəhərində koronavirus xəstəliyinə yoluxma hallarına rast gəlinmir.

Bu sözləri Göyçay rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Elçin Bilalov bölgə müxbirinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hazırda rayon əhalisinə xüsusi olaraq nəzarət olunur:

"Bir müddət əvvəl bəzi şəxslərdə şübhəli məqamlar oldu və onlar dərhal nəzarətə götürüldü. Hazırda rayon ərazisində bu xəstəliklə bağlı müraciət edən yoxdur. Tibbi heyətimiz gücləndirilmiş rejimdə fəaliyyətini davam etdirir, yerlərdə COVİD-19-la bağlı vəziyyətə nəzarət olunur”.

O deyib ki, rayon ərazisində virusun qarşısının alınması məqsədilə vaxtaşırı dezinfeksiya tədbirləri də həyata keçirilir.

скачать dle 12.1

Şərhlər