
"Özümüz haqqında çox danışmayacağıq. İşimiz göz önündədir. Bu bir il ərzində İldrım Musayev, Rahim Əliyev, Sevinc Paşayeva, Babək Göyüş, Müşfiq Əhmədov, Cəlal Fərzəliyev, Xatirə Sadiq, Fəqan Muxtar, Günel Mikayılova, Surxay Atakişiyev, Safura Nəsibova və digər əməkdaşlarımızla birlikdə doğru xəbərin konkret ünvanı olmağa çalışdıq. Yolumuza davam!", - deyə, sayt rəhbəri bildirib.
GunAz.az kollektivi olaraq, biz də həmkarlarımızı ürəkdən təbrik edir, hər zaman doğru, dəqiq, konkret xəbərin ünvanı olmağı, qərəzsiz, tərəfsiz fəaliyyət göstərməyi, oxucuların haqlı tələb və təkliflərinə, müraciətlərinə peşəkar yanaşmağı, baş vermiş hadisənin əhəmiyyətinə görə araşdırılmasını, analitik təfəkkür süzgəcindən keçirilməsini, bir sözlə, yaşadığımız informasiya əsrində insanların məlumat aclığını aradan qaldırmağı arzu edirik! Bundan sonrakı fəaliyyətinizdə də KONKRET olun!
Asif ƏR