SON DƏQİQƏ
» » 5 nəfərdən artıq qruplarda toplaşma qadağan edildi

5 nəfərdən artıq qruplarda toplaşma qadağan edildi

Tarix:

2-07-2020, 20:55

/ 4 686 dəfə oxundu.
5 nəfərdən artıq qruplarda toplaşma qadağan edildi

Virusa yoluxma dinamikasının azaldıması istiqamətindəki tədbirlər çərçivəsində bütün ölkə ərazisində ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda 5 nəfərdən artıq qruplarda cəmləşmək qadağan edilir.

Bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah iyulun 2-də qərar verib.

Qeyd edək ki, COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ