SON DƏQİQƏ
» » Vilayət Eyvazovdan məşhur cüdoçu ilə bağlı ƏMR

Vilayət Eyvazovdan məşhur cüdoçu ilə bağlı ƏMR

Tarix:

1-07-2020, 09:50

/ 3 310 dəfə oxundu.
Vilayət Eyvazovdan məşhur cüdoçu ilə bağlı ƏMR

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə DİN-in İdman Cəmiyyətinin Regional Qurumunun baş inspektor vəzifəsinə yeni təyinat olunub.

Əmrə əsasən bu vəzifəyə cüdo üzrə Pekin olimpiadasının mükafatçısı olmuş Mövlud Mirəliyev təyin edilib.

Qeyd edək ki, bir müddət öncə Olimpiya mükafatçısına polis polkovnik-leytenantı rütbəsi verilib.

Mövlud Mirəliyev 2008-ci ildə Çinin Pekin şəhərində keçirilən XXIX Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb.


скачать dle 12.1

Şərhlər