SON DƏQİQƏ
» » Bir peyvənd yaxın zamanlarda tətbiq oluna bilər - ÜST rəsmisi

Bir peyvənd yaxın zamanlarda tətbiq oluna bilər - ÜST rəsmisi

Tarix:

25-06-2020, 17:58

/ 4 300 dəfə oxundu.
Bir peyvənd yaxın zamanlarda tətbiq oluna bilər - ÜST rəsmisi

Pandemiyanın yayılma sürəti artır.

Bunu ÜST-ün Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı Operativ Qərargahın bugünkü brifinqində deyib:

"İlk 100 minə yoluxma sürəti 2 ay vaxt alsa da, son günlərdə bu artıb. Avropada vəziyyət yaxşılaşsa da, qlobal səviyyədə bu ürək açan deyil. Dünya üzrə virusa yoluxanların 21 faizi tibb işçiləridir".

O bildirib ki, ÜST tərəfindən 10 peyvəndin üzərində sınaq aparılır: "Bir peyvənd yaxın zamanlarda tətbiq oluna bilər".

Hande Harmancı əlavə edib ki, COVID-q19 ilə mübarizədə "Sağlamlıq həmrəyliyi" layihəsi başlayacaq: "Bu layihə 2 il davam edəcək. Bu müddətə ön cəbhədə çalışan tibb işçilərinin tibbi ləvazimatlarla təmin olunmasına dəstək olacaq, onlara təlimlər keçəcəyik".

скачать dle 12.1

Şərhlər