SON DƏQİQƏ

Cəbhədə təxribat: Atəşkəs 29 dəfə pozuldu

Tarix:

24-06-2020, 09:40

/ 3 195 dəfə oxundu.
Cəbhədə təxribat: Atəşkəs 29 dəfə pozuldu

Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində iriçaplı silahlardan da istifadə etməklə atəşkəs rejimini 29 dəfə pozub.

Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

Ermənistan Respublikası Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən Azərbaycan Ordusun mövqeləri atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Novruzlu, Mərzili, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Ağdam rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Ordusun mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

скачать dle 12.1

Şərhlər