SON DƏQİQƏ

Azərbaycana yay fəsli bu tarixdə gələcək

Tarix:

20-06-2020, 19:55

/ 4 647 dəfə oxundu.
Azərbaycana yay fəsli bu tarixdə gələcək

Bu il yay fəsli Azərbaycana iyunun 21-i saat 01:43:42-də daxil olacaq.

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirəcək (Günəş həmin gün günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73⁰.1) olur).

Həmin gün ən uzun gündüz və ən qısa gecə olur. Gündüzün uzunluğu 15 saat 3 dəqiqə 23 saniyə, gecənin uzunluğu isə 8 saat 56 dəqiqə 37 saniyə olacaq.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ