SON DƏQİQƏ
» » Bakıda bu qəsəbənin bütün yolları yenilənəcək

Bakıda bu qəsəbənin bütün yolları yenilənəcək

Tarix:

19-06-2020, 19:32

/ 4 715 dəfə oxundu.
Bakıda bu qəsəbənin bütün yolları yenilənəcək

Dövlət başçısının tapşırığına əsasən, rahat gediş-gəlişinin təmin olunması üçün vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq, Sabunçu rayonu Pirşağı qəsəbəsində yol infrastrukturunun tamamilə yenilənməsi istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yaxın günlərdə genişmiqyaslı təmir-tikinti işlərinə start veriləcək.

Anoloji işlər 2019-cu ildə rayonun Kürdəxanı qəsəbəsində aparılıb. Bu çərçivədə qəsəbənin 74 km-ə yaxın 124 küçəsi təmir olunub.

Ümumilikdə isə vətəndaşların gediş-gəlişində xüsusən payız-qış mövsümündə yaranan problemlərin aradan qaldırılması istiqamətində prezident İlham Əliyevin sərəncam və tapşırıqları əsasında agentlik tərəfindən 2019-cu il ərzində Bakı şəhərinin Sabunçu rayonunun Maştağa, Bakıxanov, Ramana, Sabunçu, Kürdəxanı, Zabrat və Pirşağı qəsəbələrində 87 km uzunluğunda olan 135 küçə və yola asfalt-beton örtüyü döşənib.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ