SON DƏQİQƏ

Samur-Abşeron kanalında iki nəfər boğuldu

Tarix:

12-06-2020, 22:04

/ 1 294 dəfə oxundu.
Samur-Abşeron kanalında iki nəfər boğuldu

Samur-Abşeron su kanalında iki nəfər batıb.
FHN-dən GunAz.az-a bildirilib ki, nazirliyin "112” qaynar telefon xəttinə, Samur-Abşeron su kanalının Qusar rayonu, Samur qəsəbəsi ərazisindən keçən hissəsində iki nəfərin batması barədə məlumat daxil olub.
Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Onların səyi nəticəsində hər iki boğulan şəxsin meyiti tapılıb. 
APA-nın şimal bürosunun verdiyi məlumata görə, Qusar rayonu, Samur qəsəbə sakinləri - 1993-cü il təvəllüdlü Əlirzayev Əlirza Tofiq oğlu və 1988-ci il təvəllüdlü Qasımov Vadim Ənibala oğlunun meyitləri sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
 
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ