SON DƏQİQƏ

Bu marşrut xəttləri fəaliyyətini dayandırır

Tarix:

12-06-2020, 20:05

/ 3 471 dəfə oxundu.
Bu marşrut xəttləri fəaliyyətini dayandırır

Xüsusi karantin rejiminin gücləndirilməsi və Bakı Metropoliteni QSC-nin fəaliyyətinin məhdudlaşdırılması ilə əlaqədar təşkil olunmuş 7 ekspress marşrut xətti üzrə sərnişindaşımaları iyunun 16-dan dayandırılacaq.

Metronun fəaliyyətinin bərpa edilməsi ekspres marşrutlara təlabatı kəskin azaldıb. Statistik təhlillər nəticəsində məlum olub ki, 7 sayda ekspress marşrut üzrə boş yürüşlərin sayı artıb, onların rentabelliyi azalıb, bu da avtobusların səmərəsiz fəaliyət göstərməsinə zəmin yaradır. Belə ki, ekspress xətlər üzrə mayın 9-dan öncə gündəlik orta hesabla 45-46 min sərnişin daşınması həyata keçirilirdisə, metronun fəaliyyətə başlamasından sonra daşıma 94% azalıb və hazırda həmin xətlər üzrə 2-3 min sərnişin daşınır. Onların metrodan istifadəsi hər hansı bir çətinlik yaratmayacaq.

"Həmçinin bildiririk ki, ekspress xətlərdən çıxarılan avtobuslar müsabiqə nəticəsində Bakı Bus MMC-yə həvalə edilən xətlər üzrə sərnişin daşımalarına cəlb ediləcək. Bununla da istismar müddətini başa vuran, texniki baxımdan yararsız avtobusların bir qismi sərnişindaşımalardan kənarlaşdırılacaq", - deyə qurum bəyan edib.

Xatırladaq ki, xüsusi karantin rejimi günlərində həyat fəaliyyətinin təmin edilməsi baxımından zəruri hesab olunan sahələrdə çalışan vətəndaşların daşınmasını təmin etmək məqsədi ilə təşkil edilən 7 sayda ekspress xətlər 2 ay müddətində fəaliyyət göstərib. Bu müddətdə ekspress xətlər üzrə ümumilikdə 1,5 milyona yaxın sərnişin daşınıb. Metronun fəaliyyətinin məhdudlaşdırıldığı müddətdə isə həm müntəzəm, həm ekspress xətlər üzrə avtobuslarla 30 milyona yaxın sərnişin daşınıb

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ