SON DƏQİQƏ
» » Cəbhədə baş verənlərlə bağlı rəsmi məlumat

Cəbhədə baş verənlərlə bağlı rəsmi məlumat

Tarix:

11-06-2020, 09:48

/ 3 397 dəfə oxundu.
Cəbhədə baş verənlərlə bağlı rəsmi məlumat

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Novruzlu kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.

скачать dle 12.1

Şərhlər