SON DƏQİQƏ
» » Elektrik enerjisindən istifadə qaydaları dəyişdirildi - ƏHALİNİN NƏZƏRİNƏ

Elektrik enerjisindən istifadə qaydaları dəyişdirildi - ƏHALİNİN NƏZƏRİNƏ

Tarix:

10-06-2020, 19:19

/ 2 930 dəfə oxundu.
Elektrik enerjisindən istifadə qaydaları dəyişdirildi - ƏHALİNİN NƏZƏRİNƏ

Nazirlər Kabineti "Elektrik enerjisindən istifadə Qaydaları”nda dəyişiklik edib.

Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Məişət abonenti özünəxidmət üsuluna keçmədiyi halda, hesablaşma sayğacının göstərişinin qeyd edilməsi və elektrik enerjisi sərfinə görə ödəniş sənədinin yazılması enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri tərəfindən yerinə yetirilir. Səlahiyyətli nümayəndələr mənzilə gələrkən sakinlərin tələbi ilə xidməti vəsiqələrini təqdim etməyə borcludurlar. Məişət abonenti mənzilində olmadıqda ödəniş sənədi bildiriş, qəbz, onunla birgə yaşayan başqa sakinə təqdim edilir.

Qərara edilən əlavəyə əsasən, elektrik enerjisi sərfinə görə ödəniş sənədləri, bildirişlər və qəbzlər məişət abonentinin təqdim etdiyi elektron poçt ünvanına və (və ya) mobil nömrəyə SMS-lə göndərilə bilər.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ