SON DƏQİQƏ
» » Ölkəmizdə daha 339 nəfər koronaya yoluxdu: ölənlər var

Ölkəmizdə daha 339 nəfər koronaya yoluxdu: ölənlər var

Tarix:

10-06-2020, 19:12

/ 3 149 dəfə oxundu.
Ölkəmizdə daha 339 nəfər koronaya yoluxdu: ölənlər var

Azərbaycanda koronavirus infeksiyasına 339 yeni yoluxma faktı qeydə alınıb, 114 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə ümumilikdə 8 530 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4 720 nəfər müalicə olunaraq sağalıb, 102 nəfər vəfat edib, 3 708 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 356 032 test aparılıb.


скачать dle 12.1

Şərhlər