SON DƏQİQƏ
» » Azərbaycan Prezidenti vətəndaşlara təşəkkür etdi

Azərbaycan Prezidenti vətəndaşlara təşəkkür etdi

Tarix:

9-06-2020, 22:00

/ 1 353 dəfə oxundu.
Azərbaycan Prezidenti vətəndaşlara təşəkkür etdi

Azərbaycan vətəndaşları bizim bütün addımlarımızı dəstəkləyirlər.
GunAz.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 9-da üç modul tipli xəstəxananın açılışı zamanı deyib.
"Halbuki aydın məsələdir ki, pandemiya insanların normal həyat tərzinə təsir edib, mənfi təsir edib. İnsanlar öyrəşdikləri həyat tərzindən müəyyən dərəcədə uzaqlaşıblar. Məhdudiyyətlər var, eyni zamanda artıq yeni məhdudiyyətlər də ortaya qoyulur. Ancaq Azərbaycan vətəndaşları bilirlər ki, bu məhdudiyyətlərin əsas səbəbi insanları qorumaqdır. İnsanları qorumaq üçün biz bütün addımları atacağıq. Ona görə bir daha Azərbaycan vətəndaşlarına bu dövr ərzində göstərdiyi dəstəyə görə, göstərdiyi həmrəyliyə görə təşəkkür edirəm. Eyni zamanda bütün vətəndaşları bir daha böyük məsuliyyətə və nizam-intizama çağırıram. Biz birlik nümayiş etdirmişik və bundan sonra da nümayiş etdirəcəyik. Təsadüfi deyil ki, pandemiya dövründə "Biz birlikdə güclüyük!” birləşdirici şüar olmuşdur", - Prezident İlham Əliyev vurğulayıb.
скачать dle 12.1

Şərhlər