SON DƏQİQƏ
» » Azərbaycanda şimşək çaxıb, dolu yağıb - FAKTİKİ HAVA + YENİLƏNİB

Azərbaycanda şimşək çaxıb, dolu yağıb - FAKTİKİ HAVA + YENİLƏNİB

Tarix:

25-05-2020, 22:44

/ 1 288 dəfə oxundu.
Azərbaycanda şimşək çaxıb, dolu yağıb - FAKTİKİ HAVA + YENİLƏNİB

Saat 22:00-a olan məlumatına əsasən Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Ceyrançöl, Tovuz, Şamaxı, Mingəçevir, Kürdəmir, Kişçay(Şəki), Balakəndə şimşək çaxıb, yağış yağıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Balakəndə saat 18.50-18.53 radələrində diametri 12 mm olan dolu düşüb.
19:15
Milli Hidrometeorologiya Xidməti faktiki havanı açıqlayıb.
Xidmətdən bildirilib ki, saat 18:00-a olan məlumata əsasən, Şərur, Şahbuz, Ordubad,Daşkəsən, Gədəbəy, Zaqatala, Yevlax, Şəki, Ağstafa, Naxçıvan, Balakəndə şimşək çaxıb, yağış yağıb.
10:45
Mayın 25-i səhərədək olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, bəzi yerlərdə yağış yağıb.
Milli Hidrometeorologiya Xidmətindən Oxu.Az-a verilən məlumata görə, düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 8 mm, Kişçay (Şəki), Zaqatalada 3 mm, Ağdərə, Tovuz, Balakən, Lerikdə 2 mm, Göygöl, Gədəbəy, Ordubad, Şəmkir, Ceyrançöl, Ağstafa, Şəki, Şahdağ, Gəncə, Şahbuz, Qrız, Oğuz, Mingəçevir, Yardımlı, Astara, Xınalıqda 1 mm olub.
Mayın 25-i səhər saatlarından güclü-şimal küləyi zəifləyib, dalğanın hündürlüyü Neft Daşları stansiyasının məlumatına əsasən 2.6 metrə enib.
Qeyd edək ki, mayın 25-də gün ərzində hava şəraiti Bakıda və Abşeron yarımadasında yağmursuz keçəcək, mülayim şimal-şərq küləyi əsəcək.
Azərbaycanın şərq rayonlarında hava şəraiti yağmursuz keçəcək, qərb rayonlarında isə gündüz yağıntılar tədricən kəsiləcək. Mülayim qərb küləyi 5-10 m/s, arabir 15-17 m/s təşkil edəcək.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 21-25, aran rayonlarında 25-30, dağlıq rayonlarda 14-18 dərəcə isti təşkil edəcək.
 
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ