SON DƏQİQƏ

Vətən bizi BAĞIŞLAMA!

Tarix:

21-05-2020, 16:25

/ 2 796 dəfə oxundu.
Vətən bizi BAĞIŞLAMA!

Heç Qarabağda olmamışam. Amma bir anlıq xəyalımda canlandırırdım. Cənnət kimi bir məkanda, dağ çiçəklərinin, otlarının, ağaclarının ətri məni o qədər bihuş edirdi ki, az qalırdım ayaq ustə yatam.
Ancaq,çal-çağır, çığır-bağır səsi bu füsunkar təbiətin ləzzətini dadmağı mənə imkan vermirdi. Başımı qaldırdımki görüm nə məsələdi axı kimdi  "Odlar yurdu"nun od övladını narahat edir. Baxdım ki "Cıdır düzü"ndə bir toy bayramdır ki,gəl görəsən.Yallı gedən, oxuyan, oynuyan, kabab çəkən vur-çatlasındı. Musiqi xoşuma gəldi "Qara Zurna", qoşa "Nağara", Azərbaycan rəqsləri, mahnıları, amma heç kimi tanımıram. Musiqi bizim olsada adamlar bizimkilərə oxşamırdılar. Çünki,adamdan çox "adamcıla" oxşayırdılar. Bu insana bənzərin birini çağırdımki, nə məsələdi nə şənlikdir?  Ara bu gün,Arçaxın prezidentinin inaqurasiyasıdı, bizim üçün belə məclis düzəldib. Ara vur, mən yazıq nə bilim araq vurmağı deyir, elə bildim deyir məni vur. Məndə əlimi boş qoyub buna bir yumruq vurdum. Kaş ki, vurmaz olardım. Bu qandan qorxan erməni necə anqırdısa, orda olan quqasiyan, paşinyan, sarkisyan, obiziyan elə gəlirlərki üstümə elə bil sel gəlir. Uğultu, gurultu, çığırtı, bağırtı bir sözünən üsyandır. Fikirləşdim yaxşı ki, biz bəzilərinin sözünə qulaq asıb raketlə vurmamışıq. Səs küyə diksinərək ayıldım ki, "Şuşa şəhərciyi"ndəki kirayə qaldığım evin ətrafı insanlarla doludur. Tez tələsik çıxdım bayıra birindən soruşdum nə olub, yəqin mənin gördüyüm yuxu çindi, bunlarda etiraz edirlər? Dedi hə etiraz edirlər,amma sənin yuxuna yox təzə "kuxna" mebelinin yubanmasına. VƏTƏN, Ata yurdum Azərbaycan, bizi bağışlama!.
Vətən bizi BAĞIŞLAMA!Ədib İSAOĞLU
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ