SON DƏQİQƏ
» » Penitensiar xidmətdə karantin şöbələri yaradıldı

Penitensiar xidmətdə karantin şöbələri yaradıldı

Tarix:

12-05-2020, 20:28

/ 2 078 dəfə oxundu.
Penitensiar xidmətdə karantin şöbələri yaradıldı

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İxtisaslaşmış müalicə müəssisəsində izolyasiya və müalicə məqsədilə xüsusi karantin şöbələri yaradılıb.

Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bəzi xroniki xəstəlikləri olan məhkumlar cəzaçəkmə müəssisəsindən kənarda ixtisaslaşmış xəstəxanalarda müayinədən və müalicədən keçirilirlər. Kənara çıxarılmış belə məhkumların birində virusa yoluxma faktı aşkar olunduğundan o, dərhal təcrid edilərək zəruri tibbi tədbirlər görülüb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ