SON DƏQİQƏ
» » Vergi işçisi olmaq şərəflidir, onu dərk etmək lazımdır!

Vergi işçisi olmaq şərəflidir, onu dərk etmək lazımdır!

Tarix:

4-05-2020, 19:42

/ 1 372 dəfə oxundu.
Vergi işçisi olmaq şərəflidir, onu dərk etmək lazımdır!

Cavid İsmayıl

 

Zənnimcə dünyada eləpeşə vəixtisaslar var ki, onlar olmasa həyat yenə də öz axarı ilə davam edər. Lakin elələridəvar ki, onlarsız dünyamızı təsəvvür etmək qeyri mümkündür. Bu gün bizim müstəqildövlətimiz var və hər birimiz qürurla müstəqilliyimizdən danışırıq. Bu gün göylərdə dalğalanan üçrəngli müqəddəs bayrağımızı, Vətənimizin günbəgün artaninkişafını gördükcəfərəh hissi keçiririk və keçirməliyik də.

Torpaqlarımız işğal altındadır vəbizhər gün o müqəddəs savaş üçün hazırlaşırıq.Hər gün Silahlı Qüvvələrimizin inkişafını, gücününvə qüdrətinin artdığını gördükcə qürurlanırıq. Regionda və dünyada bir çox layihələr var ki, müstəqil Vətənimiz olmadan o layihələrin gerçəkləşməsi qeyri-mümkün olardı. Regionlarımızın sosial inkişafı, yeni iş yerlərinin açılması və ümumiyyətlə iqtisadi tərəqqimizbizim gücümüzün və qüdrətimizin artmasının göstəricisidir.

Bu gün dünyada olduğu kimi Azərbaycanda da koronavirusa qarşı məqsədyönlü mübarizə aparılır. Doğrudur həkimlərimizin insanlarımızın sağlamlığının müdafiəsində durması əvəzedilməzdir. Lakinbütün bu proseslərin sütununda dövlətin apardığı doğru siyasi xəttin nəticəsində yaranan iqtisadi qüdrətimizdurur. Məhz bu siyasi kursun aparıcı xəttinin birindən söz açmaq istəyirəm.

Dövlətimizin həmişə var olması, bayrağımızın qürurla dalğalanması, ordumuzun daha da qüdrətli olması, elmin, təhsilin, səhiyyənin inkişafı, bir sözlə dövlətimizin yaşaması üçün ən vaciblərindən biri onun onurğa sütunu olan vergi sistemi və gecəli-gündüzlü şərəf və ləyaqətlə dövlətinə xidmət edən vergi peşəsi və vergi işçiləri haqqında söz açmaq istəyirəm.

Heçkiməsirrdeyilki,kökü ta qədimlərə gedən vergi münasibətləri olub. Lakin oxucuların nəzərinə çatdırmaq istəyirəm ki, Azərbaycanda vergi xidməti 1919-cu il iyunun 17-də Xalq Cümhuriyyəti dövründə parlamentin qəbul etdiyi qərarla Maliyyə Nazirliyinin nəzdində Vergi Müfəttişliyinin təsis olunması ilə yaradılıb. 1920-1991-ci illərdə Azərbaycan SSRİ-nin tərkibində olduğundan, vergi məsələləri Sovet İttifaqının vergi qanunları ilə tənzimlənirdi. İkinci dəfə müstəqillik əldə etdikdən sonra Azərbaycan Respublikasında vergilərin və digər icbari ödənişlərin tam və vaxtında səfərbər olunması, hüquqi və fiziki şəxslər tərəfindən vergi qanunvericiliyinə və dövlət qiymət intizamına riayət olunmasına dövlət nəzarətinin təmin edilməsi məqsədilə Maliyyə Nazirliyinin tərkibində vergi xidməti yaradıldı. 1991-ci ilin oktyabrında nəzarət sisteminin təkmilləşdirilməsi, bu sahədədövlət vergi xidmətinin müstəqil fəaliyyətinin təmin edilməsi məqsədilə bu xidmət Maliyyə Nazirliyinin tərkibindən çıxarıldı və müstəqil orqan - Azərbaycan Respublikası Baş Dövlət Vergi Müfəttişliyi kimi fəaliyyət göstərməyə başladı.

Daha sonrakı illərdə cəmiyyətimiz inkişaf etdikcə, ölkədə iqtisadi islahatlar dərinləşdikcə vergiqoymanın qanunvericilik və metodoloji bazasının təkmilləşdirilməsinə zərurətin yaranmasına gətirib çıxartdı. Elə bu baxımdan ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ölkənin vergi sisteminin inkişafı üçün bu sahənin yenidən qurulmasına başlanıldı. Həyata keçirilən islahatların ilk mərhələsi Ulu Öndər tərəfindən Dövlət Vergi Müfəttişliyinin bazasında Vergilər Nazirliyinin yaradılması haqqında qərarın qəbul edilməsi oldu. Bu məqsədlə 11 fevral 2000-ci il tarixli prezident fərmanı ilə Baş Dövlət Vergi Müfəttişliyi ləğv edildi, onun bazasında Vergilər Nazirliyi yaradıldı.

Ümummilli lider Heydər Əliyevinvergi sisteminin təkmilləşdirilməsi və bu sahədə aparılan köklü islahatların nəticəsi olaraq, dövlətimizin qüdrəti ilbəil artmağa başladı. Vergi işçilərinin əməyinin qiymətləndirilməsi, fəaliyyətinin stimullaşdırılmasına və ümumiyyətlə vergi işçilərinə ən yüksək qiyməti prezident İlham Əliyev 1 fevral 2005-ci il tarixdə imzaladığı Azərbaycan Respublikasında vergi xidməti əməkdaşlarının peşə bayramınıntəsis olunması haqqında müvafiq sərəncamlavermiş oldu.

Ümumilikdə təhqir yolverilməz olsa da, bəzi özünü bilməzlərin bütün etik davranış normaların ziddinə gedərək dövlətin onurğa sütunu sayılan,dövlət büdcəsinin formalaşmasında mühüm rol oynayan, Vətənimizin müstəqilliyinin qarantlarından biri olanVergilər Nazirliyinin şəxsi heyətini açıq şəkildə ağır təhqir etməsini dövlətə, dövlətçiliyə, ümummilli lider Heydər Əliyev siyasi kursuna eyni zamanda cənab prezident İlham Əliyevəxəyanət kimi dəyərləndirirəm.

Qoy belələri anlasınlar ki, vergi işçiləri, çox ağır və eyni zamanda şərəfli peşənin təmsilçiləridir. Onlar gecə-gündüz demədən dövlətə xidmət edirlər. Gün ərzində3-4 saat yatan, evdə uşaqlarına az vaxt ayıran, qohum-əqrəbanınxeyir-şərində iştirak edə, övladının əlindən tutub bağçaya və ya məktəbə apara bilməyən, bayram günlərini belə doğmaları ilə evlərində deyil, iş başında keçirənlərdir VERGİ İŞÇİSİ! VƏVERGİ İŞÇİSİNİNBİR MƏQSƏDİVAR! DÖVLƏTƏ XİDMƏT!Əminəm ki, hər bir vergi işçisi bilir ki, onun cırmaq-cırmaq dövlət büdcəsinə səfərbər etdiyi vergilərin hesabına Vətən bayrağı ucalarda dalğalanır, ordumuzun qüdrəti daha da artır, insanlarımız əmək haqqı, pensiya və s. alır. Bu pandemiya günlərində dəvicdan və şərəflətam gücü ilədövlətə ləyaqətlə xidmətedirlər. Bundan şərəfli nə ola bilər ki?

Əziz Vergi əməkdaşları, ən başlıcası odur ki, sizin qiymətinizi ümummilli lider Heydər Əliyev və prezident İlham Əliyev verib.

Bütün Vergi işçilərinə o cümlədən vergidə çalışan, şəhid ailələri, Qarabağ savaşı veteranları və qaziləri, elm adamları, mərd, igid və cəsarətli xanımlar olmaqla sizin hər birinizə öz şərəfli işinizdə uğurlar arzu edirəm. Bu sistemdə işləyib dünyasını dəyişənlərə isə Allahdan rəhmət diləyirəm.

Və unutmayın, siz Vətən uğrunda fəaliyyət göstərən şərəfli peşə sahiblərindənsiniz.

Bu mənim bir Vətəndaş baxışımdır ki, oxucularımla bölüşməyi özümə borc bildim.

 


 


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ