SON DƏQİQƏ
» » Türk dünyasına xidmətdən usanmayan FƏDAKAR TÜRK OĞLU

Türk dünyasına xidmətdən usanmayan FƏDAKAR TÜRK OĞLU

Tarix:

1-05-2020, 15:37

/ 1 249 dəfə oxundu.
Türk dünyasına xidmətdən usanmayan FƏDAKAR TÜRK OĞLU

Bu gün Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının və Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidenti, "Birlik" jurnalının təsisçisi İlham İsmayılovun 60 illik yubileyidir.


Türk xalqları və onların diaspora təşkilatları ilə əlaqələrin qurulmasında, dünyada Qarabağ həqiqətlərinin təbliğ olunmasında böyük əməyi olan, Türk dünyasının milli davasında öncül rol alan İlham İsmayılovu 60 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona can sağlığı arzu edirik.


Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi İlham İsmayılovun rəhbərliyi altında on ildən çoxdur ki, onlarla yerli və beynəlxalq layihələri həyata keçirərək, öz fəaliyyətini Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü daxili və xarici siyasət kursuna uyğun quraraq, Azərbaycan həqiqətlərinin Türkdilli ölkələrlə əməkdaşlıq şəraitində, eləcə də Avropada fəaliyyət göstərən Azərbaycan və Türk diaspor təşkilatları vasitəsi ilə bütün dünyaya çatdırılmasına çalışmışdır.


Əsasən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin, eləcə də ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş deportasiya və soyqırımların dünya ictimayyətinə çatdırılması ATXƏM-in əsas prioritet istiqamətlərindən biri olmuşdur. Məhz buna görə də İlham İsmayılov Avropa Azərbaycanlıları Konqresinin İdarə Heyəti tərəfindən qəbul olunmuş qərara əsasən AAK-ın vitse-prezidenti seçilmişdir.


İlham İsmayılov diaspor sahəsindəki fəaliyyətinə görə 2015-ci ildə Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasına üzvü seçilib, xidmətləri qiymətləndirilərək "Tərəqqi" medalı ilə təltif olunub.


İlham İsmayılovun rəhbərliyi altında ATXƏM təşkilatı hər il Xocalı soyqırımı ərəfəsində Avropanın müxtəlif şəhərlərində etiraz aksiyaları təşkil edib. Artıq bir neçə ildir ki, ATXƏM Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın başlatmış olduğu "Xocalıya ədalət!” layihəsi çərçivəsində Avropanın siyasi mərkəzlərindən olan Fransanın Strasburq şəhərində, Avropanın siyasi mərkəzi olan Brüssel şəhərində Azərbaycan və Türk diaspor təşkilatlarının iştirakı ilə yürüş-mitinqlər təşkil edir, Avropa Parlamenti, Avropa Komissiyasının önündə geniş miqyasda aksiyalar keçirməklə bütün dünyanın diqqətini Xocalı soyqırımına yönəltməyə çalışıb. Artıq neçə illərdir ki, Brüsseldə Xocalı həftəsi təşkil olunur,Azərbaycan həqiqətləri təbliğ olunur.


İlham İsmayılov həm də fəal ictimayyətçi və təşkilat rəhbəri olmaqla yanaşı, Azərbaycan və Türk xalqlarının tarixinə, mədəniyyətinə işıq salan "Birlik” jurnalının təsisçisi, eyni zamanda 

 

Azərbaycan Mətbuat Şurasının və Milli QHT Forumunun İdarə Heyətinin də üzvüdür.
İlham İsmayılovun 60 illik yubileyi günündə bir daha fürsətdən istifadə edib onun rəhbərliyi altında təşkilatın həyata keçirdiyi bəzi mühüm beynəlxalq və yerli layihələri xatırlayaq.


1. Türk dünyasının böyük yazarı Çingiz Aytmatovun Azərbaycana səfərinin təşkili və ATXƏM-in mərkəzi ofisinin açılışı; (2008)

 

2. Bakının daşnak-bolşevik işğalından azad olunmasının 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans; (2008)


3. Bakı və Gəncə şəhərlərində Azərbaycan-Türkiyə Beynəlxalq Akademik Tibb və Tarix Konfransları; (2009)


4. Dərbənd şəhərində "Kitabi-Dədə Qorqud və Dərbənd" mövzusunda beynəlxalq konfrans; (Xaricdə yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi ilə birgə) (2010)


5. Naxcıvanda Azərbaycan-Türkiyə Beynəlxalq Akademik Tibb və Tarix konfransları; (2010)


6. Fransanın Strasburq şəhərində Xocalı soyqırımına həsr olunmuş yürüş-mitinqlər; (Strasburq Azərbaycan Evi ilə birgə) (2011-2013)


7. Brüsseldə - Avropa Parlamentində "Cənubi Qafqaz və Avropa İttifaqı əlaqələri" mövzusunda konfrans; (2011)


8. Türkiyənin paytaxtı Ankara şəhərində "Dağlıq Qarabağ probleminin həllində Türk dünyasının rolu" konfransı; (TürkSAM la birgə. 150 QHT sədrinin iştirakı ilə) (2010)


9. Qarabağ bölgəsində (Xocavənd) 4-cü Azərbaycan-Türkiyə Beynəlxalq Akademik Tibb və Tarix Konfransları; (2014)


10. Brüsseldə - Avropa Parlamenti önündə "Xocalıya ədalət" yürüş-mitinqi; (2015-2017)
11. Bakı şəhəri və Salyan rayonunda "Əli bəy Hüseynzadə və Türk dünyası" mövzusunda konfrans; (Salyan rayon İH birgə) (2014)


12. Xocavənd rayonunda "15 iyun - Milli Qurtuluş günü" ilə bağlı tədbir; (Xocavənd rayon İH birgə) (2012)


13. Salyan rayonu Qaraçala qəsəbəsində "3 may - Türkçülük günü" tədbirləri; (2010-2015)
14. "Ümummilli lider Heydər Əliyev-90" mövzusunda jurnalistlər arasında yazı müsabiqəsi; (2013)


15. Qondarma "erməni soyqırım"ını tanımamağa görə Fransa Senatının çıxardığı cəza qanunu layihəsinə etiraz (konfrans və etiraz mitinqi)


16. "Qafqaz İslam Ordusu" mövzusunda konfranslar; (2008-2019)


17. «Azərbaycanlıların soyqırımı: XX əsrin insanlığa qarşı cinayətidir» mövzusunda konfrans; (Mətbuat Şurası və MQF ilə birgə) (2013)


18. Moldova Ombudsmanı Aureliya Qriqoriu ilə QHT və Media nümayədələrinin görüşünün təşkili; (2013)


19. ATXƏM və Azərbaycan Mətbuat Şurasının birgə layihəsi əsasında dörd günülük aprel döyüşlərinin qəhramanı, Azərbaycanın Milli Qəhramanı, polkovnik Murad Mirzəyev haqqında sənədli filmin çəkilişi (2016)


20. Brüsseldə "Avropada diaspora və media lobbiçiliyi” layihəsi çərçivəsində dəyirmi masa və konfrans. Avropa Azərbaycanlıları Konqresi və Belçika Azərbaycan Dostluq Cəmiyyəti ilə birgə. (2019)


21. Niderland Krallığında fəaliyyət göstərən Türk Media qurumları ilə görüşlərin keçirilməsi və əməkdaşlıq (Hollandiya-Azərbaycan Dostluq Cəmyyətilə birgə 2019) və onlarla digər belə layihələr.


İlham İsmayılova bütün bu xidmətlərinə görə bir daha təşəkkür edir, can sağlığı arzu edirik.

 

 

 



скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ